Hüseyn Əmir Abdullahiyan İslam ölkələrindəki həmkarlarına göndərdiyi məktublarda Fitr bayramını müsəlmanların ilahi imtahandan keçmək üçün həqiqi şadlıq bayramı, təqva və saleh əməllərlə ucalıq yolunu qət etmiş, ilahi vüsala çatmış bəndələrin sevinc və səadət mövsümü adlandırıb.
Xarici İşlər naziri bu məktubunda Fitr bayramının bərəkəti ilə və İslam ölkələri arasında səylərin və daha sıx əməkdaşlığın sayəsində İslam xalqları üçün təhlükəsizliyin, rifahın və artan sülhün bərqərar olması, bütün dünyada zülm və bərabərsizliyin aradan qaldırılması, xüsusilə də məzlum Fələstin xalqına qarşı zülmün aradan qaldırılmasının səbəblərini təmin edə bilməyə ümidvarlıq ifadə edib.
Sizin rəyiniz